İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər saxlanıldı
KRİMİNAL
20:01 04.11.2020
976

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son dövrdə 13 kiloqram 927 qram narkotik vasitəyə və 1 334 ədəd psixotrop maddəyə bənzər həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, sərhəd naryadının "dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kq 853 qram narkotik vasitə "heroin” və 762 ədəd "metadon-40” həbi aşkarlanaraq götürülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Mersedes” markalı 44-CB-402 dövlət nömrə nişanlı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İskəndərov İskəndər Cabir oğlu və 1987-ci il təvəllüdlü İskəndərov Elnur Cabir oğlu saxlanılıb, araşdırma zamanı E.İskəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirib.

Fakt üzrə cinayət işi başlanılıb, E.İskəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində "həbs” qətimkan tədbiri seçilib.

"Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyitli, "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı və Yardımlı rayonunun Arus kəndlərinin yaxınlığında yerləşən sərhəd zastavalarında dövlət sərhədinin gücləndirilmiş mühafizəsi üzrə qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 3 ədəd sahibsiz halda bağlamalar aşkar edilib, baxış zamanı ümumi çəkisi təxminən 10 kiloqram 74 qram narkotik vasitəyə və 572 ədəd psixotrop həbə oxşar maddələr götürülüb.

Adıçəkilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
09:39 16.10.2025
Bakıxanovda sürücüləri bezdirən durum: "Tıxac yaranır, getmək olmur" — VİDEO
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
09:28 16.10.2025
Bakıda maşının vurduğu piyada xəstəxanada öldü
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
09:21 16.10.2025
Bakının bu ərazisində yağış barmaqlıqlar yoxdur – Sürücülərə TƏHLÜKƏ - VİDEO
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
09:17 16.10.2025
Tikinti şirkəti sakinlərin istifadə etdiyi səkini bərbad vəziyyətə saldı - VİDEO
Bu ərazilərdə işıq olmayacaq
08:53 16.10.2025
Bu ərazilərdə işıq olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 16.10.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
08:27 16.10.2025
Bakıda taksilərə məhdudiyyət qoyulacaq: “Bu 15 min insanın işini itirməsi deməkdir”
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
08:23 16.10.2025
Qazi Xətai İH-dən şikayətçidir: İcra başçısı məni qəbul etmir - VİDEO
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
05:02 16.10.2025
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
03:58 16.10.2025
Türkiyə yeni nüvə enerjisi layihələrini həyata keçirməyi planlaşdırır - Ərdoğan
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
01:37 16.10.2025
Biləcəri sakinlərinin gecəsini kabusa çevirən reabilitasiya mərkəzi - VİDEO
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
00:02 16.10.2025
Səmra: “Kişilər qadınlardan asılı vəziyyətdədir”
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
23:53 15.10.2025
HƏMAS iki girovun meyitini BQXK-yə təhvil verib
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
23:30 15.10.2025
İctimai nəqliyyatda qiyməti dəyişməyən avtobuslara tələbat ARTDI - VİDEO
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
23:13 15.10.2025
Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş edib
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
23:01 15.10.2025
Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb