İşdən çıxarılan həkim danışdı: Mənə tapılmayan təki iş olsun

İşdən çıxarılan həkim danışdı: Mənə tapılmayan təki iş olsun
SOSİAL
17:49 14.01.2025
1409
Əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşan "German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən azad edilib.

Bildirilib ki, xəstəxananın mama-ginekoloqu Ləman Əliyeva məlum hadisədən sonra işdən azad edilib:

"Ləman xanımın bizim xəstəxana ilə artıq heç bir əlaqəsi qalmayıb, işdən azad edilib”.

AZXEBER.COM xəbər verir ki, məsələni aydınlaşdırmaq üçün Bakuplus.az-ın əməkdaşı mama-ginekoloq Ləman Əliyeva ilə əlaqə saxlayıb.

L.Əliyeva ona qarşı bu məsələnin sifariş olduğunu söyləyib:

"Mənimlə bağlı yanlış məlumatları hər yerdə tirajlayıblar. Mənə tapılmayan təki iş olsun. Məni tanıyan tanıyır. Hər şey yaxşıdır, narahat olmayın. Olmayacaq "German hospital”, olacaq başqa bir klinika.

18 illik fəaliyyətimdə heç bir pasiyent məndən şikayət etməyib. Bütün Azərbaycan qarşısında alnım açıq, üzüm ağdır. Bu vaxta qədər mənimlə bağlı şikayət və ya mənfi rəy olmayıb. Heç bir xəstə və işçi ilə problem yaşamamışam”.

Ləman Əliyeva yayılan videogörüntülərə aydınlıq gətirib:

"Həmin videoda gördükləriniz sifarişlə hazırlanan oyun idi. Allaha həvalə edirəm. Videodan da aydındır ki, mənim xəbərim olmayıb. Bütün xəstəxana bilir ki, mən xəbərsiz idim. Mənim bloger olduğumu bilirlər. Bilirdilər ki, bunu səhifəmdə paylaşacam. Qəsdən etdilər. Allah hər şeyi görür”.

Xatırladaq ki, bir neçə gün öncə "German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz”lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın