İstifadə olunmuş şprislər, zorakılıq ehtimalı - Acınacaqlı vəziyyətdə olan uşaqlarla bağlı yeni AÇIQLAMA

İstifadə olunmuş şprislər, zorakılıq ehtimalı - Acınacaqlı vəziyyətdə olan uşaqlarla bağlı yeni AÇIQLAMA
SOSİAL
09:14 17.01.2022
277
Şamaxıda baxımsız vəziyyətdə qalan 4 uşaq sığınacağa yerləşdirilib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, bu uşaqlarla bağlı kənd camaatı da aidiyyəti qurumlara dəfələrlə müraciət edib, lakin təəssüf ki, bu günə qədər onların aqibəti ilə ciddi maraqlanan olmayıb:

"Əvvəl onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı Rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da aidiyyəti qurumlara dəhşətli görüntülər göndərmişdim. Təəssüf ki, nəticəni bu gün, məlum digər videoda görürsünüz. Bu uşaqlar zorakılıq, hətta ehtimal edirəm ki, fiziki zorakılıq qurbanlarıdır. Diqqətimi azyaşlıların "Mehman yanımızda qalırdı” ifadəsi çəkdi. Bu fikir məni başqa şübhələrlə qarşı-qarşıya qoyub. İnanın təcrübəmə, mütləq bu məsələdə seksual hərəkətlərə təhrik olduğu üzə çıxacaq. Əlbəttə ki, bu qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar”.

K.Ağazadə qeyd edib ki, azyaşlıların anası onlarla heç maraqlanmayıb:

"Mən keçən ildən bunu görmüşdüm, o zaman hələ ən balaca uşaq lap körpə idi. Fikir verdinizsə, balaca uşaq bacının qucağında lüt vəziyyətdə gəlirdi. Ana cinayətə meyilli biri kimi araşdırılmalıdır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur. Bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə məlumat verib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, uşaqlar bu dəfə dövlət himayəsinə veriləcək. Amma mən anlamadım ki, niyə keçən dəfə müraciət etdiyimdən bu tədbir görülməmişdi. Belə baxıram ki, səbəb məlumatın ictimailəşdirilməsi oldu. Çünki bu dəfə DİN-ə də məlumat verildi, Baş Prokurorluğa da. Uşaqlar mütləq reabilitasiya keçməlidir. Çünki bir çox hadisələrə, olaylara o zaman aydınlıq gələcək. Bunu da biz - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin əməkdaşları edəcək. Mane olmayın, qoyun uşaqlara yardım edək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu