İtaliyada virus niyə bu qədər yayıldı? - Azərbaycanlı qız danışdı - VİDEO

İtaliyada virus niyə bu qədər yayıldı? - Azərbaycanlı qız danışdı - VİDEO
SOSİAL
15:52 26.03.2020
8534
İtaliyanın Bari şəhərində yaşayan həmyerlimiz Səbinə Sadıxova bu ölkədə yayılan koronavirusla bağlı AZXEBER.COM-a geniş müsahibə verib. 

Həmin müsahibəni təqdim edirik:
 

- Necə oldu ki, İtaliyada virus yayıldı?
 
- İtaliyada ilk dəfə olaraq virus dekabr ayının 31-i aşkar olundu. Çindən Romaya gələn iki turistdə virus var idi. Daha sonra isə Çindən İtaliyaya qayıdan italyanda virus qeydə alındı. Ölüm halı isə fevral ayının 22-sı qeydə alındı ki, bu vaxta qədər artıq 16 nəfər  virusa yoluxmuş adam var idi.
 
- Virus niyə bu qədər yayıldı?
 
- Çünki ölkədə karantin və qaydalara əməl etmək çox gec başladı. Belə ki, ilk ölüm halı qeydə alındıqdan sonra qaydalar tətbiq edilməyə başladı, karantin elan edildi. İtaliyanlar digər ölkə vətəndaşlarına nisbətən qaydalara əməl etməyi sevən millət deyil. Çox sosial millətdirlər. Karantinə ciddi yanaşmadılar. Yaşlı insanlar xəstəliyə ciddi baxmadılar. Yəni, ölkədə hələ də parka, bir-birini ziyarətə gedən insanlar var idi. Dövlət xüsusi cərimələr tətbiq edəndən sonra bu vətəndaşlar cərimələnməyə başladılar. Belə ki, artıq bu günə qədər 50 mindən çox italiyan cərimələnib. Cərimə 200 avrodan başlayır.

- Hazırda İtaliyada vəziyyət necədir?
 
- Onu deyə bilərəm ki, hazırda İtaliyada vəziyyət gərgin olaraq qalır. Dünya ölkələri arasında əhali sayına görə yoluxan və bu virusdan vəfat edənlərin sayına görə İtaliya birinci yerdədir. Son 3-4 günə nəzarət edtikdə, virusa yoluxanların azaldığını görə bilərik. Belə ki, İtaliya üçün pik hədd virusa yoluxanların 6557, ölənlərin isə 793 nəfər olması ilə nəticələndi. Hələ ki, bu rəqəm sonradan təkrarlanmadı. Arada fərq az olsa da, sevindirici haldır ki, azalma qeydə alınır. Statistiklərin sözlərinə görə aprel ayının sonuna qədər bu virusdan qurtulmaq mümkün olacaq. Ancaq əsas şərt karantinə riayət etməkdir.
 
Artıq 16 gündür ki evdəyik. Evdən ancaq market və aptekə getdikdə çıxırıq. Qaydalara da riayət etməyə çalışırıq. Belə ki, marketdə 2 metr məsafə saxlamağa çalışırıq. Maska və birdəfəlik istifadə olunan əlcəklərdən istifadə edirik. Hər ailədən yalnız bir nəfər evdən çıxır.

- Azərbaycanlılara nə məsləhət görürsüz?

- Hamıdan xahiş edirəm ki, evdə qalsınlar, karantin rejiminə əməl etsinlər. Əllərini yusunlar, gigiyenaya riayət etsinlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir