İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib - FOTOLAR

İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlara həsr olunmuş panel-konfrans keçirilib - FOTOLAR
SOSİAL
10:49 10.04.2025
623
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 9 aprel 2025-ci il tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində "20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və sürgünlər" mövzusunda panel-konfrans keçirilib.

Tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru Prof. Dr. Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Rektor bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Prof. Dr. Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

Daha sonra panel müzakirələrinə start verilib. Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Prof. Dr. Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Dr. Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Prof. Dr. Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Dr. Uğur Samancı çıxış edərək 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlarla çıxış ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırım hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər.

Panel-konfrans iştirakçılar – yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2024-cü ildə Türkiyənin Ege Universitetində təşkil olunmuş analoji mövzulu tədbirin davamı kimi gerçəkləşdirilib. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
21:10 27.06.2026
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
21:06 27.06.2026
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
20:57 27.06.2026
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”