Azərbaycanın Kanadada səfirliyinin Konsulluq bölməsi iki gün fəaliyyət göstərməyəcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026 10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Kanadada Səfirliyinin Konsulluq bölməsi fəaliyyət göstərməyəcək", - paylaşımda bildirilib.











































