“Kapital Bank” “Sibos 2022” tədbirində iştirak edir

“Kapital Bank” “Sibos 2022” tədbirində iştirak edir
İQTİSADİYYAT
15:46 10.10.2022
565

"Kapital Bank” ASC bu gündən başlayaraq Niderlandın paytaxtı Amsterdamda keçirilən və oktyabrın 13-də başa çatacaq ənənəvi "Sibos 2022” sərgi-konfransında iştirak edir. Tədbirə Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. Builki "Sibos” tədbiri "Dəyişən dünya üçün proqressiv maliyyə” mövzusuna həsr olunub.

Pandemiyadan sonra ilk dəfədir ki, canlı formata qayıdan sərgi-konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada bu gün gündəmdə olan digər vacib mövzuları müzakirə edir. Tədbirdə "Kapital Bank”ın xüsusi stendi quraşdırılıb, iştirakçılar bank və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilirlər.

"Pandemiyaya dövründə belə "Kapital Bank” daima beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlığı davam etdirib. "Sibos” sərgi-konfransı dünyanın müxtəlif ölkələrindən və qurumlardan olan ekspertlərlə üz-üzə fikir mübadiləsi aparmaq, təcrübələri paylaşmaq üçün çox gözəl fürsətdir”, — deyə R.Allahverdiyev bildirib.

""Sibos” — hər il Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) beynəlxalq maliyyə sənayesi üçün təşkil etdiyi və dünyanın böyük şəhərlərində baş tutan sərgi-konfransdır. Oktyabrın 9-da "Kapital Bank”ın nümayəndə heyəti builki "Sibos” səfəri çərçivəsində üzv olduğu Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyasının (BAFT) Qlobal İllik Yığıncağında da iştirak edib.

Ölkənin I bankı olan "Kapital Bank” "PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün —  https://kbl.az/krdt, "Birbank” kartı sifarişi üçün —  https://kbl.az/tkstcrd.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?