"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" nəticə üçün oynayacaq"

"Kayrat"ın sabiq futbolçusu: "Qarabağ" nəticə üçün oynayacaq"
İDMAN
19:46 04.11.2021
552
"Bu, "Kayrat"ın qrupdan çıxmaq üçün son şansıdır. Uşaqların motivasiyası böyük olacaq. Düşünürəm ki, bizi "quru oyun" gözləyir. Çünki "Qarabağ" üçün heç-heçə də pis nəticə sayılmayacaq".

Bunu Qazaxıstan "Kayrat"ının sabiq futbolçusu Sergey Politeviç Almatı təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup oyunundan öncə "Рейтинг Букмекеров" saytına açıqlamasında deyib.

Hazırda Belarusun "Şaxtyor" (Soliqorsk) komandasında çıxış edən 31 yaşlı müdafiəçi bildirib ki, "Kayrat” avrokuboklarda mübarizəni davam etdirmək və burada iştirakının təsadüfi olmadığını sübut etmək üçün riskə getməlidir: "Mətbuatda yayılan xəbərlərə əsasən, heyətlə bağlı rotasiyaların olacağını düşünürəm. "Qarabağ”ın, ümumiyyətlə, risk etməsinin mənası yoxdur. Onlar nəticə üçün oynayacaqlar".

Belaruslu oyunçunun sözlərinə görə, Qazaxıstan təmsilçisi Ağdam klubundan revanş almağa qadirdir: "İlk oyuna baxdım. "Kayrat" məğlubiyyətə layiq deyildi. Hesab edirəm ki, bu dəfə heç-heçə qeydə alınacaq, ya da meydan sahibləri qalib gələcəklər. Şanslar bərabərdir".

Politeviç 2018/2019 mövsümündə "Kayrat"ın formasını geyinib.

Qeyd edək ki, bu gün Almatıdakı "Ortalık" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı