"Kəpəz" klubu oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb

"Kəpəz" klubu oyuna “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb
İDMAN
23:22 19.10.2019
14692
Futbol üzrə I Divizionun VII turunda keçirilən "Kəpəz” – "Qarabağ-2” matçı 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyi üçün Gəncə təmsilçisi görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən "Kəpəz"in oyunçuları meydana "Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıb.

Meydanda həmçinin böyük ölçülü üç rəngli bayraq açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.
Report
 

Qeyd edək ki, qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə bitib. 
OXŞAR XƏBƏRLƏR