Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir — FOTOLAR

Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir — FOTOLAR
SİYASƏT
19:17 12.12.2025
265
Məlum olduğu kimi cari ilin mart ayında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda, eləcə də Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda forum və silsilə tədbirlər keçirilmişdi.

Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq-Türkman Cəbhəsi başkanı, millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Təşkilatının sədrı Nebil Şahin Kifrili tərəfindən "Vətənpərvərliyin Təbliğinə Dəstək” İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunublar.

 Dəvət əsasında Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.

 Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulur. Məlumat üçün onu da qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib.


Səfərin məqsədi və qarşıya qoyulan hədəflər barədə ATXƏM sədri İlham İsmayılov fikirlərini Newscenter.az-la bölüşüb. O qeyd edib ki, son illər Türk dünyasının inteqrasiyası istiqamətində istər dövlətlər, istərsə də onların vətəndaş cəmiyyətləri səviyyəsində çox mühüm addımlar atılıb, yüksək səviyyəli əməkdaşlıq qurulub:


 

"Türk dövlətlərinin birləşdiyi Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq bir platformaya çevrilib. Qurumda Avropadan müşahidəçi üzvlər də təmsil olunur ki, bu da TDT-nin qlobal aktora çevrilməsinə zəmin yaradır. Qeyd etdiyim kimi vətəndaş cəmiyyəti də bu prosesdə öz üzərində düşən vəzifələri layiqncə yerinə yetirir. Necə ki, Azərbaycan TDT çərçivəsində bir sıra layihə və ideyalarının reallaşmasında təşəbbüskar qismində çıxış edir, bu prosesin bir növ lokomotivi rolunu oynayır, eləcə də Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi Türk dünyasının vətəndaş cəmiyyətinin bir platforma ətrafında birləşməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməsində eyni funksiyanı yerinə yetirir. Bu günlərdə QHT Agentliyinin təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsi bunun əyani sübutudur”.

 İlham İsmayılov deyib ki, TDT üzv ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf etsə də, lakin bu coğrafiyadan kənarda qalan, Türk dövləti olmamasına baxmayaraq həmin ölkələrdə yaşayan türk xalqları, məsələn, İraqdakı türkmanlər, Kərkükdə fəaliyyət göstərən vətəndaş cəmiyyətləri, eləcə də Rusiyadakı türk topluluqları bir qədər bu prosesdən kənarda qalıblar. ATXƏM sədrinin sözlərinə görə, bunlar coğrafi baxımdan türk dövlətləri içərisində olmasalar belə, ayrılmaz bir hissəmizdir, kök baxımından Azərbaycana daha yaxındırlar:

 

"Təbii ki, bu da müəyyən səbəblərlə əlaqədardır. Uzun illər İraqda mövcud olmuş Səddam rejiminin vətəndaş cəmiyyətinin inkişafına imkan yaratmaması, Səddamın devrilməsindən sonra ölkədə davam edən gərginlik və siyasi sabitsizlik Kərkükə də təsirsiz ötüşməyib və oradakı qardaşlarımız qeyd edilən istiqamətdə istədikləri, arzuladıqları fəaliyyəti ortaya qoya bilməyiblər. Ancaq son illərdə İraqda yaranmış sabitlik, bu ölkə hakimiyyətinin Türkiyə və Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırması Kərkükdəki qardaşlarımızım da ictimai-siyasi fəallığının artmasına müsbət təsir göstərir.Ona görə də düşünürəm ki, onların fəaliyyətinə təkan, dəstək vermək, kərküklü qardaşlarımızı da TDT çərçivəsində təşəbbüslər və layihələrə cəlb etmək üçün aktivliyimizi artırmalıyıq. Əslində səfərimizin əsas məqsədlərindən biri də budur ki, Kərkükdəki vətəndaş cəmiyyətlərini birgə fəaliyyət istiqamətlərinə cəlb edək və bir sıra istiqamətlər üzrə koordinasiyalı fəaliyyət yürüdək”.

 

ATXƏM sədri diqqətə çatdırıb ki, İraq Türkmənləri və Kərkük şəhəri türk dünyasının tarixi, mədəni və strateji baxımdan ən önəmli mərkəzlərindən biridir. Ona görə də İraq türkmənlərinin siyasi, sosial, mədəni və iqtisadi vəziyyətinin yaxşılaşdırılması, Kərkükün Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrinin intensivləşdirilməsi və türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir:

"Kərkükü türk dünyasının regional mədəniyyət və əməkdaşlıq mərkəzinə çevirmək, türkmən icmasının təhlükəsizliyini, siyasi təmsilçiliyini və sosial rifahını gücləndirmək önəmlidir. Türkmən icmasının hüquqlarının qorunması və siyasi təmsilçiliyinin gücləndirilməsi, Kərkükün türk dünyası ilə iqtisadi, mədəni və təhsil əlaqələrinin genişləndirilməsi, Türkmən mədəni irsinin qorunması və beynəlxalq aləmdə tanıdılması istiqamətində koordinasiyalı iş aparmaq mümkündür”.

 İlham İsmayılov hesab edir ki, hətta bu məqsədlə Bakı-Ankara–Bağdad–Kərkük formatında daimi siyasi dialoq yaradılması da mümkün varinatlar sırasındadır:


"Məsələn, TDT çərçivəsində Türkmən Tematik Şurası, yaxud "Türkmən İşləri üzrə Koordinasiya Şurası”nın qurulması da ümumi işimiz baxımından faydalı olardı. Bütün bunlarla yanaşı iqtisadi və mədəni sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur. Kərkükü Türk Dünyası iqtisadi qovşağına çevirmək olar. Mədəni sahədə əlaqələrə gəlincə Türk dünyasında "Kərkük Günü” tədbirləri, musiqi, folklor, ədəbiyyat festivalları keçirmək həm Kərkükün Türk dünyasına daha dərindən inteqrasiyası, həm də dünyaya tanıdılması baxımından faydalı olar. Məsələn, TRT Avaz, Azərbaycan TV və türk dünyası mediasında Kərkük verilişləri yayımlana bilər. Hətta Kərkük Türk Dünyası Mədəniyyət Paytaxtı da elan edilə bilər”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən forum və toplantılarda ATXƏM sədri çıxışı zamanı Azərbaycan Evinin açılması, Azərbaycan Mədəni Mərkəzinin yaradılmasını təklif edib. İlham İsmayılov eyni zamanda orada Türkiyənin Mədəni Mərkəzinin yaranmasını da məqsəduyğun hesab edib:

"Türkmanlar İraqda üçüncü böyük xalqıdırlar. Burada milyonlarla türkün yaşamasını nəzərə alaraq gələcəkdə Kərkükdə Azərbaycan Konsulluğunun açılması da mümkün ola bilər. Eyni zamanda necə ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimizlə mədəniyyət beşiyimiz olan Şuşa işğaldan azad edildikdən sonra Türk Dünyasının Mədəniyyət paytaxtı elan edildi, eyni ilə növbəlilik Kərkükə verilməli və Kərkük də növbəti illərdə Türk Dünyasının Mədəniyyət paytaxtı elan oluna bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı