"Kirayədə qalmaq şəxslərin sosial yardım almasına maneə deyil”.
AZXEBER.COM-un məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "2021-ci ilin yekunlarına dair” mətbuat konfransında deyib.
O bildirib ki, vətəndaş sosial yardım almaq üçün müraciət edərkən kirayə qaldığı ilə bağlı məlumatları fonda təqdim edir:
"Bundan sonra kirayə xərcləri də həmin vəsaitə əlavə olunur”.