Kitab rəflərdə qaldı, oxu mədəniyyəti dəyişdi

Kitab rəflərdə qaldı, oxu mədəniyyəti dəyişdi
SOSİAL
14:38 23.04.2026
203
Hər il 23 aprel tarixi dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. 

AZXEBER.COM xəbər verir ki, UNESCO tərəfindən 1995-ci ildə təsis edilən bu gün ilk dəfə 1996-cı ildən etibarən müxtəlif ölkələrdə qeyd edilməyə başlanıb.

Bu tarixin məhz 23 aprel olaraq seçilməsi təsadüfi deyil. Bu gün dünya ədəbiyyatının iki böyük siması - Uilyam Şekspir və Migel de Servantesin vəfat etdiyi tarixə təsadüf edir. Məhz buna görə 23 aprel kitabın, ədəbiyyatın və müəlliflik hüququnun simvolik günü kimi qəbul olunur.

Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir.

Azərbaycanda kitab mədəniyyəti

Azərbaycanda da bu gün hər il müxtəlif tədbirlərlə qeyd edilir. Kitab sərgiləri, oxu marafonları, təqdimatlar və maarifləndirici aksiyalar vasitəsilə oxuma mədəniyyətinin təşviqinə xüsusi diqqət yetirilir. Kitabxanalar, universitetlər və mədəniyyət mərkəzləri xüsusilə gəncləri kitaba yaxınlaşdırmaq üçün fərqli layihələr həyata keçirir.

Son illərdə rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin geniş yayılması oxu vərdişlərinə müəyyən təsir göstərsə də, Azərbaycanda kitab oxuyan kütlə hələ də mövcuddur. Xüsusilə məktəblilər və tələbələr arasında bədii ədəbiyyata, motivasiya və inkişaf yönümlü kitablara maraq daha çox hiss olunur.

Gənclər və kitab oxuma vərdişləri

Gənclər arasında kitab oxuma vərdişi tamamilə zəifləməyib, sadəcə forması dəyişib. Ənənəvi çap kitabları ilə yanaşı, elektron kitablar və audiokitablar da daha geniş istifadə olunur.

Bununla belə, sosial şəbəkələrdə qısa və sürətli məzmunun üstünlük təşkil etməsi gənclərin diqqət müddətinə təsir göstərir və daha dərin, ardıcıl oxu vərdişlərinin formalaşmasını çətinləşdirir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR