Konfrans Liqası: "Qarabağ" səfərdə də "Kayrat"a qalib gəldi

Konfrans Liqası: "Qarabağ" səfərdə də "Kayrat"a qalib gəldi
İDMAN
21:41 04.11.2021
507
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşə fəal başlayan qonaqlar ilk dəqiqədəcə Abdullah Zubirlə hesabı açmağa yaxın olublar. Lakin İbrahima Vadjinin ötürməsindən sonra fransalı yarımmüdafiəçi topu boş qapıdan keçirə bilməyib. 8-ci dəqiqədə Zubir növbəti dəfə diqqət mərkəzinə düşüb. Rəqib qapıçı ilə üzbəüz qalan futbolçunun zərbəsində yenə dəqiqlik çatmayıb. 4 dəqiqə sonra meydan sahibləri Joze Kante ilə ilk təhlükəli vəziyyəti yaradıb. Amma onun zərbəsi zamanı top qapıdan xeyli aralı keçib. 22-ci dəqiqədə Zubirin dabanla vurduğu top az fərqlə qapı xəttini tərk edib. 26-cı dəqiqədə Rikardu Alveşin fərqlənməsinə Şahruddin Məhəmmədəliyev imkan verməyib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Vaqner Lav Məhəmmədəliyevlə təkbətək çıxsa da, qapı dirəyi onun fərqlənməsinə mane olub. İlk hissədə hesab açılmayıb.

İkinci yarı bir qədər sönük başlayıb. Bu hissədə ilk təhlükəli hücumu Almatı təmsilçisi təşkil edib. Bu dəfə də Lav Məhəmmədəliyev səddini keçə bilməyib. Əvəzində 58-ci dəqiqədə "Qarabağ" hesabı açıb. Vadji qapıçı ilə üzbəüz epizodu boşa verməyib. Qoldan sonra meydanda maraqlı hadisə baş verib. Qurban Qurbanov Kadi Borgesi Ramil Şeydayevlə əvəzləyərkən braziliyalı yarımmüdafiəçi meydanı tərk etsə də, referi Azərbaycan millisinin hücumçusunun oyuna daxil olmasına icazə verməyib. Nəticədə "köhlən atlar” təqribən 1 dəqiqəyə yazın azlıqda oynayıblar. 68-ci dəqiqədə "Kayrat" tarazlığı bərpa edib. Meydan sahiblərinin heyətində Joze Kante fərqlənib. 72-ci dəqiqədə Zubir ağdamlıları yenidən hesabda önə keçirib. 81-ci dəqiqədə "Qarabağ"ın qapıçısı növbəti dəfə Lavla dueldən qalib ayrılıb.

Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə qarşılaşacaq. Qonaqlar həmin görüşdə uduzmasalar, "Qarabağ" pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı