Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada toy mərasimlərinin keçirildiyi zalda baş verən yanğın nəticəsində azı 22 nəfər həlak olub.
Yanğın şəhərin Linqvala rayonunda başlayıb və səhər saatlarınadək davam edib.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. İlkin məlumata əsasən, yanğın 22 nəfərin ölümünə səbəb olub.
Linqvala rayonunun meri Norbert Muşinqa ölənlərin sayının arta biləcəyini istisna etməyib. Hadisənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.











































