“Kontakt” Gürcüstana gəlişinin 1 illiyini qeyd edir - FOTOLAR

“Kontakt” Gürcüstana gəlişinin 1 illiyini qeyd edir - FOTOLAR
İQTİSADİYYAT
10:53 13.12.2022
682
Qafqazın ən qabaqcıl pərakəndə satış şəbəkələrindən olan "Kontakt” Gürcüstana gəlişinin bir illiyini qeyd edir. Düz bir ildir ki, şəbəkə Gürcüstan əhalisini də unikal mağaza formatı, yüksək keyfiyyətli xidmət, geniş çeşid və qeyri-standart kampaniyaları ilə sevindirir.

Bəs "Kontakt” gürcü əhalisinə özünü ən çox nə ilə sevdirib? Şəbəkə bir yaşı münasibətilə Gürcüstandakı müştəri bazası arasında sorğu apararaq, "Kontakt Home”u seçməklərinin əsas səbəblərini soruşublar:

1) UNİKAL MAĞAZA DİZAYNI


 Gürcüstanlılar ilk növbədə "Ev üçün hər şeyi bir məkandan almaq” fikrini və mağazanın göz oxşayan geniş, unikal dizaynını çox bəyənib. Bu dizayn "Kontakt Home”un əsas fərqliliklərindən biridir.


2) HEÇ YERDƏ OLMAYAN KAMPANİYA VƏ ŞƏRTLƏR

"Kontakt”ın ayrıca brendə çevrilən "Axşambazarı”, "Şeş-Qoşa” kampaniyaları Gürcüstanda da ən az Azərbaycandakı qədər sevilib. Şəbəkə "Axşambazarı” və "Şeş-qoşa” kimi mövsümi kampaniyalardan əlavə, gündəlik alış şərtləri ilə də gürcüstanlı müştərilərin ürəyini fəth edə bilib.


3) PEŞƏKAR SERVİS


Aparılan sorğunun nəticələrinə əsasən, gürcüstanlı müştərilərin böyük qismi "Kontakt Home”u məhz yüksək səviyyəli servisinə görə seçdiklərini bildirib. Onların fikrincə, mağaza heyəti hər müştəriyə individual yanaşır, onlara lazım olan məhsul və xidmətlərin seçilməsində hər zaman yardımçı olur.

4) RAHAT YERLƏŞMƏ


"Kontakt” mağaza ünvanlarını hər zaman tələbatın çox olduğu və insanların rahat tapdıqları ərazilərdə seçir. İstər "Tbilisi Central” ticarət mərkəzindəki ilk mağaza, istərsə də "Gldani Mall”dakı ikinci mağaza da bu baxımdan istisna deyillər. "Gldani Mall” mağazası həm də Gldani bölgəsinin ən böyük elektronika mağazasıdır.

Hazırda şəbəkə yalnız Tbilisi şəhərində fəaliyyət göstərsə də, 2023-cü ildə Gürcüstanın digər şəhərlərində də yeni "Kontakt Home” mağazalarının fəaliyyətə başlaması planlaşdırılır.

6) POZİTİV ƏHVAL-RUHİYYƏ


Gürcüstanlılar deyir ki, "Kontakt Home”da hər zaman bayram atmosferi hökm sürür. Mağazada açılışlar, hər hansı önəmli günlər və ya sadəcə kampaniya günləri böyükdən kiçiyə hər kəsin əyləndiyi bayram dadında keçirilir. Mağazalarda uşaq zonasının mövcudluğu valideynlərin rahat alış-verişi, uşaqların isə əyləncəli vaxt keçirməsinə şərait yaradır.

Qürurverici haldır ki, 100% Azərbaycan brendi olan "Kontakt” cəmi bir il ərzində Gürcüstanda da müştərilərin böyük rəğbətini qazana bilib. Hazırda Azərbaycanda 34, Gürcüstanda 2 mağaza, həmçinin  kontakt.az və  kontakt.ge onlayn mağazaları ilə təmsil olunan şəbəkə söz verir ki, "Kontakt – Sevindirir” missiyası tezliklə daha geniş areala yayılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır