“Kontakt” Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEO

“Kontakt” Zəngilan sakinlərinə Zəfər payı çatdırdı – VİDEO
İQTİSADİYYAT
11:26 05.11.2022
984

Zəfər Günü ərəfəsində qürurverici addım Azərbaycanın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan "Kontakt” mağazalar şəbəkəsindən gəldi. Aktiv vətənpərvərlik fəaliyyəti ilə seçilən şəbəkə bu dəfə də "Qarabağ Proqramı”na sadiq qalaraq doğma yurdlarına qayıdan Zəngilan rayonu, Ağalı kənd sakinlərinin sevincinə sevinc qatıb.

Belə ki, "Kontakt” nümayəndələri Ağalı kənd sakinlərinin evlərini ziyarət edib və öz doğma kəndlərinə qayıdan 66 ailənin hər birinə onların təməl ehtiyaclarına uyğun dəyərli məişət əşyaları hədiyyə edib:

"Əgər iki il əvvələ qədər Qarabağa gəlmək, Qarabağa onun həqiqi sakinlərinin qayıtmağı xəyal kimi görünürdüsə, bu gün biz Zəngilanda o xəyalları real həyatda yaşayırıq. Bizim şəbəkənin sloqanı "Kontakt sevindirir”di. Biz getdiyimiz hər yerə sevinc daşımağı özümüzə missiya seçmişik. Ümid edirik ki, Ağalı kəndinin sakinlərinə gətirdiyimiz sovqatlar da onların gündəlik həyatlarını asanlaşdıracaq və həyatlarına sevinc qatacaq” – bu sözləri "Kontakt”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.

Zəngilan sakinləri də 30 illik böyük həsrətin xoşbəxt sonluğunu fərəh dolu hislərlə ifadə ediblər. Onlar həm Ağalıya qayıtmaqlarını, həm də "Kontakt”ın təqdirəlayiq jestini xoş emosiyalar ilə dilə gətirərək təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, "Kontakt” mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı” çərçivəsində aktiv vətənpərvərlik layihələri həyata keçirir. Proqram çərçivəsində "Vətən müharibəsi” və son sentyabr hadisələri şəhidlərinin, eləcə də onların ailə üzvlərinin şirkətə olan kredit borcları ləğv edilib. Bu silinmə eyni zamanda əmək qabiliyyətini itirmiş qazilərimizə və onların ailə üzvlərinə də şamil olunub. İndiyədək "Qarabağ Proqramı” çərçivəsində həyata keçirilən vətənpərvərlik layihələrinə bir milyon manatdan artıq vəsait cəlb olunub.

Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. Bu missiya ilə "Kontakt” hər kəsi Qarabağın dirçəldilməsində həmrəy və fəaliyyətdə olmağa çağırır.

Şəbəkə xalqımızı tarixi qələbəyə qovuşduran şəhidlərimizə Allahdan rəhmət arzu edir, qazilərimizin mərdliyi qarşısında baş əyir. Qarşıdan gələn Zəfər Günümüz mübarək!
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR