Koronavirusa yoluxmuş Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb - AÇIQLAMA

Koronavirusa yoluxmuş Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb - AÇIQLAMA
SOSİAL
22:03 11.07.2020
1846
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi Rəşad Mahmudov sosial media hesabında Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti ilə bağlı məlumat verib.

O qeyd edib ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Cavid Paşayevin səhhətində son günlərdə bütün müalicələrə baxmayaraq, pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə iki gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub:

"İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələ ki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.

Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görünən "Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yarana biləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri sizlərlə paylaşaq.

EKMO cihazının istifadə olunub-olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcək. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcə də "Facebook" səhifəmizdən ictimaiyyətə məlumat veriləcək".

R.Mahmudov onu da qeyd edib ki, Cavid Paşayevin timsalında bu gün yüzlərlə xəstə xəstəxanalarda müalicə olunur:

"Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayağa qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzmlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam". 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
20:28 23.10.2026
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
Fransa polisi bu matçın vaxtını dəyişdirdi
20:23 23.10.2026
Fransa polisi bu matçın vaxtını dəyişdirdi
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib
20:19 23.10.2026
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
20:16 23.10.2026
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
20:14 23.10.2026
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
20:11 23.10.2026
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
20:06 23.10.2026
Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
20:03 23.10.2026
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
20:00 23.10.2026
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
Ermənistanda Samvel Karapetyanın daha 10 tərəfdarı saxlanılıb
19:31 23.10.2026
Ermənistanda Samvel Karapetyanın daha 10 tərəfdarı saxlanılıb
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
19:13 23.10.2026
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
Rumıniya Prezidenti Qara dənizdə batan gəmiyə görə Rusiyanı ittiham edib
18:56 23.10.2026
Rumıniya Prezidenti Qara dənizdə batan gəmiyə görə Rusiyanı ittiham edib
Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparılıb
18:39 23.10.2026
Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparılıb
Parisdə naməlum kişi avtomobildən atəş açıb: 1 nəfər ölüb, 4 yaralı var
18:26 23.10.2026
Parisdə naməlum kişi avtomobildən atəş açıb: 1 nəfər ölüb, 4 yaralı var
Putindən Ukrayna ilə bağlı sülh mesajı
18:11 23.10.2026
Putindən Ukrayna ilə bağlı sülh mesajı
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
17:51 23.10.2026
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb