Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin diqqətinə — Faizlər qalxa bilər
SOSİAL
22:09 06.05.2026
675
Azərbaycanda kredit bazarında dinamika dəyişir. Son statistik göstəricilər bankların qeyri-işlək kredit portfelinin 763 milyon manata çatdığını göstərir. Bu artım xüsusilə istehlak və biznes sahələrində özünü büruzə verir ki, bu da maliyyə sistemində risklərin artması ehtimalını gündəmə gətirir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, problemli kreditlərin artması bank sektorunun risk profilinə birbaşa təsir göstərir:

"Belə hallarda maliyyə institutları mümkün zərərləri kompensasiya etmək məqsədilə əlavə ehtiyatlar formalaşdırır ki, bu da onların gəlirliliyinə və kredit vermə imkanlarına təsirsiz ötüşmür. Banklar daha ehtiyatlı kredit siyasəti yürütməyə başlayır. Bu tendensiya gələcəkdə kredit şərtlərinin sərtləşməsi ilə nəticələnə bilər. Belə ki, banklar tərəfindən borcalanlara tətbiq olunan tələblərin artırılması, girov və gəlir meyarlarının daha ciddi qiymətləndirilməsi, eləcə də riskli hesab edilən sahələr üzrə kreditləşmənin məhdudlaşdırılması ehtimalı yüksəlir. Problemli kreditlərin artması kredit faizlərinə də təsir göstərə bilər. Risklərin yüksəlməsi fonunda banklar bu riski kompensasiya etmək üçün faiz dərəcələrini müəyyən qədər artırmaq məcburiyyətində qala bilərlər”.

Asif İbrahimov bildirib ki, risklərin artması kreditlərin bahalaşmasına səbəb ola bilər. Lakin bu proses təkcə daxili problemlərlə deyil, həm də Mərkəzi Bankın siyasəti və ölkədəki ümumi iqtisadi vəziyyətlə sıx bağlıdır.

"Prosesin dinamikası yalnız problemli kreditlərin səviyyəsi ilə məhdudlaşmır. Mərkəzi Bankın pul-kredit siyasəti, bank sektorunun kapital dayanıqlığı və ümumi makroiqtisadi vəziyyət bu istiqamətdə əsas müəyyənedici amillər olaraq qalır. Müvafiq tənzimləyici tədbirlər və iqtisadi sabitlik şəraitində risklərin təsiri müəyyən qədər neytrallaşdırıla bilər. Problemli kreditlərin artımı uzunmüddətli perspektivdə kreditlərin həm əlçatanlığına, həm də qiymətinə təsir edə biləcək mühüm faktordur. Bu baxımdan bank sektorunda risklərin effektiv idarə olunması və balanslı kredit siyasətinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Yəni, vətəndaşların vaxtında qaytarmadığı kreditlərin həcmi artdıqca, banklar yeni kredit verərkən daha sərt şərtlər qoyur və özlərini qorumaq üçün faizləri qaldıra bilirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?