"Legiya"nın baş məşqçisi: "Mahir Emreli öz ustalığını göstərəcək"

"Legiya"nın baş məşqçisi: "Mahir Emreli öz ustalığını göstərəcək"
İDMAN
10:37 30.10.2021
537
"Mahir Emreli ardıcıl neçə oyundur ki, fərqlənə bilmir. Lakin o, çox yaxşı və təhlükəli hücumçudur. İnanıram ki, bazar günü "Poqon"la oyunda çoxlu qol şansları yaranacaq və öz ustalığını göstərəcək".

Bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Marek Qolebiyevski klubun rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis "Pyast"a 1:4 hesabı ilə uduzduqları XII tur matçının 4-cü dəqiqəsində Emrelinin ardıcıl iki dəfə dirəyə zərbə vurduğu epizodla bağlı danışıb: "Mən də həmin mövqedə oynamışam. Bu anı unutması üçün onu sakitləşdirdim. Hücumçu boşa çıxan fürsətləri düşünərək yaşaya bilməz. Beyni təmiz olmalı və növbəti imkandan istifadə edəcəyi barədə müsbət düşünməlidir”.

Qolebiyevski 24 yaşlı hücumçuya güvəndiyini və onun yenidən qolları sıralayacağına əmin olduğunu söyləyib: "Qara zolaq"dan danışmaq istəmirəm. O, bir qol vursa, ardı gələcək. Çox yaxşı futbolçudur. Mahir həqiqətən arzuları olan və iddialı gəncdir. Bəzən isə həddindən artıq istəyəndə işlər pisləşir. Onunla danışdım və dedim ki, növbəti 10 qol şansının hamısını qolla tamamlayacaq. Elə olur ki, topun niyə qapıya getmədiyini biz də bilmirik".

Qeyd edək ki, oktyabrın 31-də keçiriləcək "Legiya" - "Poqon" qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cari mövsüm Varşava təmsilçisində 23 görüşə çıxan Mahir Emreli 10 qola imza atıb.
 
Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi