07:03 Cümə Axşamı, 21 Noyabr 2019
İQTİSADİYYAT

Lənkəranda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayrıldı

16:52, 22.10.20195919
Lənkəranda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. 

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".
XƏBƏR LENTİ