14:22 Bazar Ertəsi, 09 Dekabr 2019
GƏNCLİK

“Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında intellektual yarış keçirildi

13:04, 24.07.20193566
“Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında intellektual yarış keçirildi
Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış "Maarifçilik” Könüllülük Akademiyasının iştirakçıları arasında "Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə yarış keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarışdan öncə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və "Yurd” təşkilatının sədri Ramin Mahmudov intellektual oyunların inkişafı istiqamətində yaradılan şəraitdən söhbət açıb, bu kimi yarışların gənclərin məntiqi düşünmə qabiliyyətinin inkişafında, təhlil etmə, qərar vermə, komandada işləmək bacarıqlarının yüsəldilməsindəki əhəmiyyətini qeyd ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həsr olunmuş turnirdə 8 komanda mübarizə aparıb. Yekunda "Stimul” komandası yarışın qalibi adını qazanıb. "Wonderkids” biliciləri ikinci, "Çinar” intellektualları isə üçüncü mükafatın sahibi olub. Yekunda qalib və mükafatçlar təşkilatçılar tərəfindən kubok və medallarla təltif olunub.
 

 

 

 

 

 


XƏBƏR LENTİ