Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbulun nəticələrindən sonra boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr” jurnalının 6-cı sayında dərc olunacaq.
"Jurnalın növbəti həftə ərzində nəşr edilməsi nəzərdə tutulur. Bundan sonra boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq", - deyə rəsmi məlumatda qeyd olunub.
///Modern.az///










































