Masallıda 'Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi' keçirildi - FOTOLAR + VİDEO

Masallıda
GƏNCLİK
14:10 15.08.2014
2148

Masallı rayonunda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyinin(İB) reallaşdırdığı “Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” layihəsi keçirilib. Düşərgənin açılış mərasimindəPrezident Administrasiyasının(PA) İctimai-siyasi şöbəsinin gənclər təşkilatları ilə iş sektorunu məsul əməkdaşı Səbuhi Rzazadə, Azərbaycan Gənclər Fondunun(AGF) təmsilçisi Mübariz Qədirov, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurasının idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, TTV-nin Baş direktoru Nadir Şəfiyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Aktual.az saytının baş redaktoru Anar Yusifoğlu, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, JAM sədri Seymur Verdizadə, “İrəli” İB sədri Mirhəsən Seyidov, Azxeber.com-un baş redaktoru Hacıbəy Heydərli, əməkdar artist Aybəniz Haşımovavə rayon icra hakimiyyətinin rəsmiləri iştirak edib.

Düşərgənin açılış mərasimində çıxış edən“İslahatçı Gənclər” İB-nın sədri Fərid Şahbazlı Azərbaycanda mediaya olan dövlət qayğısından söz açıb. Birlik sədri vurğulayıb ki, Azərbaycanda azad və müstəqil mətbuatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər Heydər Əliyev tərəfindən mətbuatın üzərindən senzuranın götürülməsi, qəzetlərin borclarının silinməsi ölkəmizdə azad və müstəqil medianın inkişafında dönüş mərhələsi oldu. Bu gün mətbuata dövlət dəstəyi siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən də olduqca uğurla davam etdirilir. Təsadüfi deyil ki, Cənab Prezident ölkə mediası tərəfindən iki dəfə “Jurnalistlərin Dostu” mükafatına layiq görüb”.

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycanda mediaya olan dövlət qayğısı gənclərin bu sahəyə olan marağını artırıb və gənc jurnalistlərin peşəkarlıq məsələsi önə çıxıb. Birlik sədri deyib ki, “Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi”nin keçirilməsi zərurəti də buradan doğub.

Açılış mərasimində çıxış edən bütün qonaqlar-dövlət qurumlarının rəsmiləri, Mətbuat Şurasının rəhbərliyi, tanınmış media qurumlarının və təşkilatlarının rəhbərləri Azərbaycanda mətbuatın sürətli inkişafından söz açaraq, mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Natiqlər “Gənc jurnalistlərin peşə-təcrübə düşərgəsi” layihəsinin əhəmiyyətini vurğulayaraq, düşərgənin işinə uğur arzu ediblər.

Daha sonra düşərgə üç gün ərzində panel görüşləri ilə davam edib.Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, TTV-nin baş direktoru Nadir Şəfiyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, CASFEN sədri Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Aktual.az saytının baş redaktoru Anar Yusifoğlu, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov, Azxeber.com saytının həmtəsisçiləri Hacıbəy Heydərli, Əfsələddin Ağalarovgənc jurnalistlərlə görüşərək, onlarla mətbuatımızın hazırki durumu, jurnalistikanın müxtəlif istiqamətləri mövzusunda müzakirələr aparıblar.

Bundan başqa düşərgə boyunca gənc jurnalistlərə KİV-də etik kodeks: problemlər və həlli yolları, jurnalistlərin ilk mənbədən informasiya almaq imkanları, Ənənəvi və yeni media rəqabəti, sosial şəbəkələrin internet medianın fəaliyyətində rolu və bir sıra digər mövzularda təlimlər keçirilib.

1901215_788539857834121_1923411921391089442_n

10516628_788538184500955_5438216563690228441_n

1606858_611867225597725_7486120618501401841_n

10426198_788538544500919_8127186601867953997_n

10516840_788538431167597_8540729978396471607_n1743634_611866012264513_9089285950509950856_n

10547416_611865985597849_7371210852806425912_n

10580017_611872358930545_442833468126458149_n

10580253_611871062264008_8497196995113141922_n

10530926_611866892264425_4699664115710566917_n1919665_342650605897434_314766026050537023_n 10537874_611866332264481_4058882439804743651_n

10603362_788921897795917_7036651438322845778_n

1937485_788922731129167_3348816590725504964_n

10577100_612735818844199_4457188243911089038_n

10592725_788921434462630_4280239322113627974_n

10568861_789301067758000_5898252089004633620_n

1939948_789301581091282_2327635081866134320_n

10603523_788922041129236_2762061388062962250_n

10605712_883942258300994_264383515_o

10606587_611867012264413_5406590500329699555_n

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı