Masallıdakı insidentlə bağlı - “Azərişıq”dan açıqlama

Masallıdakı insidentlə bağlı - “Azərişıq”dan açıqlama
SOSİAL
21:02 27.05.2020
1432
"Masallı rayonunda "Azərişıq" əməkdaşlarının güllələnməsi şəxsi zəmində baş verən münaqişə nəticəsində olub"

AZXEBER.COM xəbər verir ki, bu fikri Musavat.com-a açıqlamasında "Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib. O, bildirib ki, bəziləri yanlış fikirlər söyləyirlər:

"Bəziləri deyirlər ki, onlar kiminsə işığını kəsiblər və mübahisə düşüb və s. Əslində isə bayram günlərində bu kimi işlər görülmür. Orada da kimsənin elektrik xətti kəsilməyib. Sadəcə olaraq aralarında şəxsi zəmində münaqişə olub və bu cür hadisə baş verib. Həmin şəxslər doğrudan da bizim əməkdaşlardı. Ancaq hadisə zamanı onlar vəzifələri ilə bağlı hər hansı bir işi icra etməyiblər. Sadəcə ola bilər ki, hansısa sayğaca ümumi baxış keçiriblər. Bu, elektrikin kəsilməsi demək deyil. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır",-deyə Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, ötən gün Masallı rayonunun Yeddioymaq kəndində "Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Yayılan xəbərdə bildirilir ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Qeyd edilir ki, nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. "Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”