Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izlədi - FOTO

MEDİA
19:36 15.01.2020
2829
Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.
 
Qeyd edim ki, həmkarlarımla bərabər valideynlərin də mediaturda və sonda təşkil olunan Dəyirmi Masada iştirakı çox xoş təsir bağışladı. Tələbələrin ata-anaları ilə yanaşı, nənələri də tədbirdə iştirak edən tələbələr vardı. Fürsətdən istifadə edib Maşınqayırma fakülsəsinin 2-ci kurs tələbəsi Əlirza Salehi Razın anası Gülarə xanımla söhbət etdim. Kollektivdən razılığını bildirən Gülarə xanım qeyd etdi ki, 2 il ərzində kitab alışı və tələbələrin təşkil etdikləri ad günü və digər məclislərdən kənar heç bir xərci çıxmayıb. Digər valideynlər də rektor və müəllim heyətindən razılıq etsələr də, kompyuterlərin köhnə olmasından narazılıq edib, təzələnmə istəyini dilə gətirdilər.
 
İmtahanın gedişi zamanı tələbələrlə söhbət edəndə də, tələbələrin ən çox arzuladığı təzə kompyuterlər və problemləri dərsliyə əlavələrdə Azərbaycan dilində ədəbiyyatın azlıq təşkil etməsi idi.
 
Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçıları universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.
 
Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar "Elektron Universitet Portalı"vasitəsilə nəzarətə götürülür. İmtahanların nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Onu da bildirək ki, bir dəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanını verə bilir. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.
 
Universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Münaqişə Komisiyası təşkil olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.
 
Münaqişə Komossiyasının üzvü Əlməmməd Nuriyev qeyd etdi ki, ötən il şuraya 39 şikayət daxil olub, onlardan 12 şikayət təmin olunub, 10 tələbə əşikayət əriəsini geri götürüb, qalanlarının şikayəti araşdırılır.
 
Daha sonra valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, yanvarın 7-dən başlayan və fevralın 7-nə kimi davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:36 30.09.2020

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

23:11 30.09.2020

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

23:08 30.09.2020

XİN: Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir

23:06 30.09.2020

Son dəqiqə! Daha bir erməni generalı məhv edildi

22:43 30.09.2020

Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir - VİDEO

22:03 30.09.2020

Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib

21:58 30.09.2020

Ermənilər Saakaşvilini Azərbaycana dəstəyə görə fəxri tituldan məhrum edir

21:36 30.09.2020

Türkiyə və Azərbaycan ədliyyə nazirləri arasında telefon danışığı olub

21:29 30.09.2020

Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub

21:27 30.09.2020

DTX əhaliyə müraciət etdi

21:06 30.09.2020

“ASAN xidmət”in sədrindən Şuşa paylaşımı - VİDEO

20:58 30.09.2020

“Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə hazırdır” - Lavrov

20:39 30.09.2020

Adil Əliyev: “Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?”

20:21 30.09.2020

Qarabağda erməni hərbçilərlə soyğunçular arasında silahlı toqquşma baş verib

19:56 30.09.2020

Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdi

19:46 30.09.2020

Deputat İran haqda: “Burada hansı islamdan, hansı müsəlmançılıqdan danışmaq olar?”

X Mostbet