Məhərrəm ayında niyə toy etmək olmaz? - AÇIQLAMA

Məhərrəm ayında niyə toy etmək olmaz? -  AÇIQLAMA
SOSİAL
12:41 01.08.2022
6273
Xəbər verdiyimiz kimi, miladi təqvimlə iyulun 30-u Məhərrəm ayının ilk günü başladı. Belə ki, hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir.

Məhərrəm ayının başlanması ilə də Azərbaycanda ənənəvi olaraq "toy etmək olar, yoxsa yox?” sualı yenidən müzakirəyə çevrilir.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Hacı Ağasəid Yaqubov AZXEBER.COM-a açıqlamasında bu ayda toy etməyin haram olub-olmadığı məsələsinə aydınlıq gətirib.

O, qeyd edib ki, xoş bir günümüzü Peyğəmbərimizin naxoş olduğu bir zamanda qeyd etməməliyik. Onun sözlərinə görə, bu ayda qan tökmək, müharibə etmək kimi hallar haramdır:

 

"Allah Təala məhərrəm ayında şəhadətə yetişmiş İmam Hüseyn və onun əshabının ruhunu bizlərə duaçı etsin. Məhərrəm ayı haram aylardandır. İslamda 4 ay haram ay hesab olunur. Bu aylarda qan tökmək, müharibə etmək kimi hallar haramdır. Onlardan biri də məhərrəm ayıdır. Bu ayın içərisində müharibənin haram olmasına baxmayaraq, Peyğəmbər ailəsinə qarşı böyük bir işgəncə və vəhşilik, soyqırımı törədilib. Bu müsibətin əsas başlanğıcı da bu məqamdadır ki, haram ayda müharibə edilib, Allahın əmri pozulub. Peyğəmbər ailəsinə qarşı bu vəhşilik törədilib. Bu ayda müəyyən əməllər xoşagəlməz hesab olunur. Çünki biz həyat tərzimizi Peyğəmbər və onun əhli-beytinin sünnəsinə uyğunlaşdırırıq. Bu müsibətli günlər Peyğəmbər (S.Ə.S) ailəsində baş verən zaman onun ailəsi qəmə, kədərə qərq olub. Ona görə də biz Hədisi-şərifə istinad olaraq buna əməl edirik ki, Peyğəmbərin sevincinə də, qəmini də şərik oluruq. Buna əməl etmək bizim üçün sünnədir, yəni məsləhətlidir. Nəyə görə xoş bir günümüzü Peyğəmbərimizin naxoş olduğu bir zamanda edək? Əgər xoş bir iş görürüksə, bunu yaxşı vaxtda, zamanda etmək məsləhətdir. Buna görə də, bu yada toylara fasilə verilir. Şadyana işlər təxirə salınır. Təkcə toy mərasimləri deyil. Əgər biri ev tikib evinə köçürsə, biri yaxşı bir iş görürsə, məhərrrəm ayında bunları təxirə salır. Qaldı ki, burada haramlıqdan söhbət gedə bilməz. Nəyisə haramdır, deyib etmək olmaz hökmü yoxdur. Yalnız Aşura günü evlənmək, toy etmək əhli-beyt ardıcıllarının məsləkində müəyyən qədər qadağandır. Bu da İmam Hüseynə ehtiram əlamətidir. Bu qadağa olmasa insanlar toy, şənliy edirsə, bu zaman böyük bir hadisə unudulmuş olur. Yalnız bu hadisəni unutdurmaq istəyənlər toy ab-havasını iddia edirlər. Amma əhli-beyt sevənlər heç vaxt bu duyğunu qəbul edə bilməzlər. Bu məntiqlə də, insafla da, insanlıqla da qəbul olunmur”. 

Hacı Ağasəid Yaqubovun sözlərinə görə, bu ayda Peyğəmbərə ehtiram  məqsədilə öz sevinclərimizə müəyyən qədər fasilə veririk:

"Yanız əhli-beyt sevgi, Peyğəmbərə ehtiram, Allahın yer üzərində göndərdiyi müqəddəs şəxslərin sünnəsini davam etmək üçün onların qəminə şərik olmaq məqsədilə öz sevinclərimizə müəyyən qədər fasilə veririk. Əhli-beytin qəminə, kədərinə şərik oluruq. Bu, təkcə qəm, kədər deyil, eyni zamanda burada böyük bir şəhadət məktəbi var. Vətən uğrunda şəhid olan igid övladlarımız İmam Hüseyn məktəbinin qoxusu ilə, İmam Hüseynin şəhadət məktəbinin onlara təsir etdiyi duğularla öz canını Vətən, millət, xalq yolunda sipər etdilər. Bu məktəb ki, bizə Vətəni qorumağı öyrədirsə, biz onu başımıza tac etməliyik”. 

Onu da qeyd edək ki, Məhərrəm ayının 10-u, yəni Aşura günü isə avqustun 8-nə düşəcək.

Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir