Mehriban Əliyeva Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisində iştirak edib

Mehriban Əliyeva Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisində iştirak edib
ŞOU-BİZNES
09:49 21.04.2011
2027


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva aprelin 20-də yenidən tarixi “Vandom” meydanında sərginin fəaliyyət göstərdiyi “Otel de`Eğvö”yə gəlib. Ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu sərgini ziyarət edən məşhur rəssamlar və parisli sənətsevərlər Azərbaycanın birinci xanımını hərarətlə qarşılayıblar.

Bakıdakı Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlərin Parisdə Fransa ictimaiyyətinə təqdim edilməsi qədim tarixə və zəngin milli mədəni dəyərlərə malik olan ölkəmizin tanıdılması və təbliği baxımından mühüm addım olub. Sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya göstərilən diqqət bir daha təsdiqləyib ki, YUNESKO-nun xoşməramlı səfirinin fəaliyyəti hər zaman təqdir olunur və buna beynəlxalq miqyasda kifayət qədər ciddi maraq var. Bu sərgi bir daha təsdiqlədi ki, incəsənət həmişə insanın məkanda tutduğu yeri ifadə edir. Amma müasir incəsənət bu ideyanı yeni forma vasitəsilə həyata keçirir. Avanqard çalarlarla zəngin olan bu sərginin ekspozisiyasının yaratdığı ovqat daha bir reallığı ortaya qoyub ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət və qayğı göstərilib. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, sənət adamları üçün azad yaradıcılıq imkanlarının təmin edilməsi istiqamətində müntəzəm surətdə həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib. Təsadüfi deyil ki, Bakıda Müasir İncəsənət Muzeyinin yaradılması ideyası da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.

Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə, Rasim və Rəşad Babayevlər kimi məşhur fırça ustalarının əsərlərinin nümayiş olunduğu sərgi ölkəmizin mədəniyyəti və incəsənəti haqqında bu salona gələnlərdə dolğun təəssürat yaradıb. Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov, Tahir Salahov, Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov və Fazil Nəcəfovun əsərlərində paytaxtımızın və insanlarımızın xarakteri Qərb sənətsevərlərinə uğurla təqdim olunub.

Bir sözlə, Parisdə açılan “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi özünün ritmi, plastikası və forması ilə diqqəti çəkib. Parlaq və orijinal ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verib. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir arada təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
11:45 07.07.2026
Müəllimlərin geyimi ilə bağlı vahid standartlar tətbiq ediləcək
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
11:08 07.07.2026
İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
11:03 07.07.2026
Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
11:02 07.07.2026
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
10:55 07.07.2026
Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlandı
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
10:54 07.07.2026
Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
10:51 07.07.2026
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
10:48 07.07.2026
Azərbaycanın proaktiv sosial xidmət modeli beynəlxalq platformada təqdim olundu
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
10:43 07.07.2026
Adlarını dəyişən vətəndaşlar: Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
10:38 07.07.2026
Qaxda Müəllimlərin VI Şəbəkələşmə Forumu keçirildi - FOTOLAR
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
10:09 07.07.2026
Raulun cansız bədəni tapıldı, Zeynəb hələ də axtarılır: Mərdəkandakı faciənin təfərrüatı
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
10:09 07.07.2026
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
"DreamDoll Bri" Floridada atışmada öldü
10:06 07.07.2026
"DreamDoll Bri" Floridada atışmada öldü
“Azeri Light” bu gün neçəyə satılır?
09:53 07.07.2026
“Azeri Light” bu gün neçəyə satılır?
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
09:41 07.07.2026
Bakıdan Naxçıvana təyyarə ilə getmək istəyənlərə ŞAD XƏBƏR
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır
09:38 07.07.2026
“Sabah” klubu bu gün Çempionlar Liqasında meydana çıxır