Mətbuat Şurası DİN-ə müraciət etdi

Mətbuat Şurası DİN-ə müraciət etdi
MEDIA
14:08 29.04.2013
1211

Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, «Azadlıq» qəzetindən Şuraya daxil olan məlumatda nəşrin əməkdaşları Seymur Həzinin və Xaliq Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb. Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişlərilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, sözügedən nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar. MŞ-nin DİN-ə ünvanladığı müraciətdə eyni zamanda bildirilib ki, hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılmasını tələb edir. «Buna görə də Sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanuna müvafiq ölçü götürüləcəkdir», - deyə müraciətdə vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı