Mətbuat Şurasından jurnalistlərə və polislərə - Müraciət

MEDİA
22:40 19.10.2019
12932

Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət Milli Şuranın oktyabrın 19-da metronun "28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Şuradan AZXEBER.COM-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri ərazidə olublar.
Eyni zamanda jurnalistlər monitorinq qrupu üzvlərinin 050-206-96-02 və 055-288-95-53 mobil telefon nömrələrinə də zəng edərək vəziyyəti bildirmək imkanı əldə ediblər: "Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağllı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər eyni zamanda media mənsublarına da tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində "Press” yazılmış gödəkçələrdə olublar. Bununla belə sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində "Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

 

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər heç bir halda özlərini aksiya iştirakçısı kimi aparmamalı, sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurasının monitorinq qrupu gələcəkdə də məsələni ciddi nəzarətdə saxlayacaq.

Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində "Press” yazılmış gödəkçələrdə olan media təmsilçilərinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərlə əlaqədar həssaslıq nümayişinə, diqqətli davranışa çağırır".

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”