Metroda aparat işləmədi - sərnişinlər pulsuz keçdi

Metroda aparat işləmədi - sərnişinlər pulsuz keçdi
SOSİAL
10:46 20.02.2020
2396
Bakıkart aparatlarında problem yaşandığı üçün sərnişinlər "Neftçilər” və "Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə metropolitenin sözçüsü Bəxtiyar Məmmədov "qafqazinfo”ya bildirib. Onun sözlərinə görə, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub:

"Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı.

Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıblar.

Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.
OXŞAR XƏBƏRLƏR