Millət vəkili 'Ramazan bayramı'nda cəbhədə - FOTOLAR

Millət vəkili
SİYASƏT
11:49 30.07.2014
1119

Millət vəkili Qənirə Paşayeva Ramazan bayramında ön cəbhə kəndlərində Ağdam, Vahidli və Əlibəyli seçiciləri ilə görüşüb və onları təbrik edib.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili Ramazan bayramı münasibətilə Tovuzun bir sıra ön cəbhə kəndlərini Ağdam, Vahidli və Əlibəylikəndləriniziyarət edib və seçiciləri ilə görüşüb. Ağdam, Vahidli və Əlibəyli kəndlərində millət vəkili Qənirə Paşayeva seçicilərini müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edib və onlara ən xoş arzu və diləklərini çatdırıb. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək bu əziz bayramda ən çox təbriki onların haq etdiyini söyləyib. Bir çox xəstələri ziyarət edən millət vəkili təbriklər bərabər onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Məkrəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Eyni zamanda həmin kəndlərin müəllimləri ilə də görüşən millət vəkili Qənirə Paşayeva başa çatan dərs ilinin nəticələri, tələbə adını qazanan gənclər, onların nəticələri ilə maraqlanıb və gələn tədris ili bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Ramazan bayramı münasibətilə təbriklərinə görə millət vəkilinə təşəkkür edən və onu da bayram münasibətilə təbrik edən seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, kəndlərə verilən əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Azərbaycanın xarici siyasət uğurları ilə bərabər daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva son illərdə ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və cənab Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar da verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək