Milli Qəhrəman adı və general-leytenant rütbəsi Rövşən Əkbərovdan geri alınacaq? - AÇIQLAMA

Milli Qəhrəman adı və general-leytenant rütbəsi Rövşən Əkbərovdan geri alınacaq? - AÇIQLAMA
SOSİAL
11:39 16.03.2021
2455
Xəbər verdiyimiz kimi, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.
 
Rövşən Əkbərovun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçilib.

Mediada yayılan məlumatlara görə, R.Əkbərov, 19 il əvvəl Ukraynada törətdiyi qətl hadisəsinə görə, təqsirli bilinərək saxlanılıb.
 
Bəs görəsən, o, həyata keçirdiyi cinayət əməlinə görə Milli Qəhrəman adı və general leytenant rütbəsindən məhrum edilə bilərmi?
 
Tanınmış vəkil Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında deyib ki, 19 il əvvəl törədilən cinayətə görə məsuliyyətə cəlb edilməyə cinayət qanunvericiliyi imkan verir və onun rütbələri geri alına bilər: 
 
İlk növbədə bildirirəm ki, 19 il əvvəl törədilmiş cinayətə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə cinayət qanunvericiliyi yol verir, çünki bu xüsusilə ağır cinayətlər kateqoriyasına aid əməl kimi tövsif olunur.
 
Həmçinin AR Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, faxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul edir.
 
Digər tərəfdən, təqsirkarı ordendən, medaldan, fəxri addan və ya ali zabit rütbəsindən məhrumetmə haqqında səlahiyyətli ali hakimiyyət va icra orqanlar qarşısında məsələnin qaldırılması və şəxsin belə adlardan va ya hərbi rütbədən məhrum edilməsi heç də cəzanın növü kimi deyil, törədilən ağır cinayatin doğurduğu nəticə kimi başa düşülməlidir. Yəni həmin cinayət əməli sübuta yetirilərsə, onun ali xüsusi rütbəsi, orden və medallarının geri alınması barədə məhkəmə təqdimat verə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
13:50 04.07.2025
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
13:46 04.07.2025
Özbəkistan Prezidenti: Bölgənin sülh məkanına çevrilməsindən çox şadam
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
13:43 04.07.2025
Prezident: Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
13:35 04.07.2025
"Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
13:30 04.07.2025
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir - CANLI YAYIM
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
13:25 04.07.2025
Nəsimi rayonunda açıq ərazidə yanğın başlayıb
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
13:24 04.07.2025
"Hade"dən etiraf: "Azan səsindən çox duyğulandım"
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
13:18 04.07.2025
Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi
Sabahın hava proqnozu açıqlanıb
13:13 04.07.2025
Sabahın hava proqnozu açıqlanıb
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
13:09 04.07.2025
Əminə Aydın Xırdalanlının anası ilə - FOTOLAR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
13:06 04.07.2025
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb
12:58 04.07.2025
Azərbaycan Prezidenti Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb