Siyahının ilk 3 sıra dəyişməyib. Sonuncu dünya çempionatının qalibi olmuş İspaniya yığma komadası siyahıya başçılıq edir - 1857 xal. İkinci sırada Hollandiya (1702 xal), üçüncü pillədə isə Braziliya yığması (1425 xal) qərarlaşıb.
Millimizin AÇ-2012-nin qrup mərhələsindəki rəqiblərindən Almaniya milli komandası isə 4-cü sıradakı yerini qoruyub.
Siyahının ilk 10 pilləsi belədir:
1. İspaniya - 1857 xal 2. Hollandiya - 1702 xal 3. Braziliya - 1425 xal 4. Almaniya - 1413 xal 5. Argentina - 1267 xal 6. İngiltərə - 1163 xal 7. Uruqvay - 1094 xal 8. Portuqaliya - 1052 xal 9. İtaliya - 1019 xal 10. Xorvatiya - 991 xal