Qaydasız döyüş üzrə Qafqaz Kubokunda Azərbaycan yığması 5 idmançı ilə təmsil olunub. Avropa çempionatına lisenziya qazandıran yarışda Azərbaycan yığmasının qazancı 2 medal olub. 84 kq çəki dərəcəsində döyüşən Bəxtiyar Abbasov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Digər idmançımız Fuad Qədirov isə finalda Dağıstan təmsilçisi Sultan Əliyevə uduzub və gümüş medala layiq görülüb. Qeyd edək ki, Qafqaz Kubokunda 15 ölkə arasında ikinci yeri tutan Azərbaycan yığması dekabrın 10-da Rusiyanın Rostov şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
//ANS tv