Mingəçevirdəki qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi

Mingəçevirdəki qəzada yaralanan azyaşlı təcili Bakıya gətirildi
SOSİAL
10:56 25.05.2020
1035
Ötən gün Mingəçevirdə baş verən qəzada ağır xəsarət alan azyaşlı uşaqlardan biri təcili Bakıya gətirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə şəxsi feysbuk hesabında paylaşım edib.

O bildirib ki, 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan 4 uşaqdan biri isə dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib.

Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır.

Xatırladaq ki, ötən gün Mingəçevirdə həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirərək, Ramazan bayramı münasibətilə həyətdə süfrə arxasında əyləşən insanları vurub.
OXŞAR XƏBƏRLƏR