Nazir basketbol yarışlarını izlədi

Nazir basketbol yarışlarını izlədi
SOSİAL
10:33 25.06.2026
324
İyunun 24-də Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol idman növü üzrə final və üçüncü yer uğrunda oyunlar keçirilib.

AZXEBER.COM xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışları Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev də izləyib. 

Oğlanlar arasında keçirilən final qarşılaşmasında RİOEUGİM-2 komandası Gəncə UGİŞM komandasını 36:11 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qızların final oyununda isə İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandasına 42:14 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.

Oğlanların üçüncü yer uğrunda oyununda İOEUGİM-8 komandası UGİM-10 komandasını 49:13 hesabı ilə məğlub edib. Qızlar arasında keçirilən üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM komandasına 23:9 hesabı ilə qalib gəlib.

Yarışların sonunda qalib və mükafatçılara medal, diplom və kuboklar təqdim olunub.

Mükafatlar elm və təhsil naziri Emin Əmrullayev,  nazir müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev tərəfindən təqdim edilib. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkəmizdə ilk dəfə təşkil olunur. Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc idmançıların inkişafına dəstək göstərilməsidir. Yarışlar iyunun 26-dək davam edəcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu