Nazir Əli Abbasov əmr imzaladı

Nazir Əli Abbasov əmr imzaladı
SİYASƏT
11:57 19.03.2014
1402

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb. AZXEBER.COM-unməlumatına görə, əmrə əsasən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə, onun strukturu, işçilərin say həddi və ştat cədvəli təsdiq edilənədək AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti əvvəlki qaydada davam etdiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Komissiya yaradılacaq. Komissiyanın sədri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Komissiyanın üzvləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri – Komissiyanın sədr müavini Vidadi Zeynalov, RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov, RİTN-in Məxfi şöbəsinin müdiri Təranə Səfərova, RİTN-in Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Mətanət Məmmədova, RİTN-in İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsbəndiyar Əliyev, RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov və RİTN-in Ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev müəyyən olunub. Komissiyaya 3 ay müddətində Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin fəaliyyəti ilə bağlı bütün sənədlərin (o cümlədən arxiv sənədlərinin) və mühasibat balansının bütün uçot registrləri üzrə inventarizasiya aparmaqla, təhvil-təslim işlərinin həyata keçirilməsi və nəticələrinə dair tərtib olunmuş akt əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təhvil verilməsini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən debitor və kreditor təşkilatlara yazılı bildirişlərin göndərilməsini, kreditor təşkilatlar tərəfindən irəli sürüləcək tələblərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsini təmin etmək tapşırılıb. Bundan əlavə, əmrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə Azərbaycan Respublikası Prezidentinin aktlarının Prezidentin 2014-cü il, 7 mart tarixli 326 nömrəli Sərəncamına uyğunlaşdırılmasına dair təklifləri 20 gün müddətində, Azərbaycan Nazirlər Kabinetinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ hüquqi aktlarının həmin Sərəncama uyğunlaşdırılmasına dair təklifləri 1 ay müddətində RYTN-in Hüquq və kadrlar şöbəsinə təqdim etmələri tapşırılıb. Qeyd edək ki, sözügedən əmrin icrasına nəzarəti nazir Əli Abbasov həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO