Nazpəridən İsa Qəmbərin oğlunun toyunda oxumasıyla bağlı - Açıqlama

Nazpəridən İsa Qəmbərin oğlunun toyunda oxumasıyla bağlı - Açıqlama
MƏDƏNİYYƏT
10:28 20.04.2013
7260
Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlunun toy mərasimində iştirakı ilə bağlı açıqlama yayıb. Müğənninin mətbuat katibliyindən AZXEBER.COM-a daxil olan açıqlamasında müğənni onun İsa Qəmbərin oğlunun toyunda iştirakının mətbuatda geniş əks-səda doğurmasından təəccüb hissi keçirdiyini vurğulayıb.“Kütləvi informasiya vasitələrində mənim hansısa toy mərasimində iştirakıma ayrılan «diqqət» doğrusu məndə əməlli-başlı təəccüb yaratdı. Məgər bu məmləkətdə kiminsə kiminsə toyunda iştirakından başqa müzakirə olunacaq məsələ, problem qalmayıb? Çox təəssüf hissi ilə qeyd edirəm ki, həmin kütləvi informasiya vasitələrinin sırasında bəzi sanballı, həqiqətən də öz obyektivliyi ilə seçilənlər də yer alıb.Bunlarla əlaqədar həm Nazpərisevənlərin, həm də başqalarının nəzərinə çatdırıram ki, mən Azərbaycan xalqının övladıyam, təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, layiqli övladlarından biriyəm.Mən öz xalqımın övladlarını heç vaxt hansısa mövqeyinə, cəmiyyətdə tutduğu yerə, siyasi mənsubiyyətinə görə fərqləndirməmişəm. Hamısı mənim üçün əzizdir. Axı xalqımızın həm tarixinə, həm mədəniyyətinə, həm də dünyada tutduğu sanballı mövqeyinə baxmayaraq, say etibarı ilə elə də coxsaylı deyilik ki, indi də onları siyasi baxışlarına görə fərqləndirək. Mən heç vaxtı inanmazdım ki, bu bizim reallıqdır. Belələri az da olsa, deməli varmış.Onları da başa düşürəm. Çünki deyiləsi başqa sözləri, ortaya qoyulası başqa faktları olsaydı, bu cılızlığa yuvarlanmazdılar.Başqa bir məsələ. Əgər bu cür faktlara belə münasibət sərgilənəcəyini bilsəydilər, heç toy sahibləri də mənim həmin tədbirdə iştirakımı nə arzulayar, nə də buna imkan verərdilər.Sonda onu qeyd etməyi özümə borc bilirəm ki, indiyə qədər heç bir siyasi partiyanın üzvü olmamışam, həmişə öz işimlə, öz sənətimlə məşğul olmağa üstünlük vermişəm. Hesab edirəm ki, bu, düzgün mövqedir. Dövlətimə, xalqıma, onun rəhbərlərinə, ziyalısına, sadə insanlara həmişə hörmətlə yanaşmışam, onlardan da özümə eyni münasibəti görmüşəm. Sonda hər bir kəsə öz işi ilə məşğul olmağı məsləhət bilirəm”, - deyə müğənni bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq