‘Nə alaram, nə sataram, özüm bilərəm’ – İcra başçısı

‘Nə alaram, nə sataram, özüm bilərəm’ –  İcra başçısı
SİYASƏT
13:50 30.07.2014
1253

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovun Publika.az-a müsahibəsi: – Son günlər bahalı villa almağınızla bağlı məlumatlar yazılır. Deyəsən, bu barədə verdiyiniz kobud cavablarla jurnalistlərin yenə də xətrinə dəymisiniz?  – Axı mən nə edim? Mən jurnalistlərə qarşı hər zaman səmimi olmuşam. Ancaq bəzi jurnalistlər mənimlə səmimi olmur. İndi mən nə edim ki, nə danışıramsa, hamısını da yazırlar? İnsan gərək başqasının şəxsi həyatına, şəxsi işinə qarışmasın. O, mənim şəxsi işimdir. Mənim şəxsi işimə qarışmağa heç kimin səlahiyyəti yoxdur. Hər kəs gedib öz işi ilə məşğul olsa, daha yaxşı olar. Görün heç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünə villa alıb və sairə? Məgər villa almaq qəbahətdir? Hər kəsin özü şəxsi işi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özüm bilərəm.  – Şəxsi həyatınıza qarışmaq kimi olmasın. Vaxtilə Şuşada villanız olub? – Qardaş, hamının evi-eşiyi olub. Mən də küçədə yaşamamışam, evim və bağım olub. Hər zaman zəhmətlə yaşamışam. Məni tanıyan adamlar da bunu yaxşı bilir ki, Bayram Səfərov hər zaman zəhmət çəkərək yaşayıb. Mən 1968-ci ildə rəsmi əmək fəaliyyətinə başlamışam. Mən 46 il ayrı-ayrı işlərdə çalışmışam və bu gün də bunu davam etdirirəm. Ömrümün sonuna qədər də xalqım, Vətənim və övladlarım üçün çalışacam.  – Yaxın vaxtlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında növbəti görüşün keçirilməsi gözlənilir? – Hazırda çalışırıq ki, icmaların görüşü olsun. Biz belə bir görüşün reallaşmasını istəyirik. Ancaq bu məsələ təkcə bizdən asılı deyil. Bizdən olsa, günü bu gün ermənilərlə görüşüb onlara hər şeyi başa salardıq. – Görüşün yeri bəllidir? – Hələlik biz görüşün yeri barədə heç nə bilmirik. Ancaq ATƏT-in sədrinə müraciət etmişik ki, bizə kömək etsinlər. Ancaq çox təəssüf ki, icmaların görüşünə Ermənistan hakimiyyəti çox ciddi əngəllər törədir. İstəmir ki, azərbaycanlı və erməni icmaları bir araya gəlib hər hansı razılığa gəlsin. Bu gün Ermənistanda mövcud olan hakimiyyət əli azərbaycanlı qanına bulaşmış hakimiyyətdir. Təbii ki, bu hakimiyyət sülhün əldə olunmasını istəməz. Çünki sülh olarsa, o zaman Ermənistanın bu hakimiyyətinin də sonu olacaq. Ermənistanda sıravi əhali də bu hakimiyyətdən narazıdır. – Kəlbəcərdə erməni hərbi birləşmələri tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının qaytarılması ilə bağlı icma hansı işlər görür? – Bilirsiniz ki, girovlarla bağlı Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının nümayəndələri Ermənistan tərəfi ilə danışıqlar aparır. Bu məsələ icma səviyyəsində həll olunası məsələ olmasa da, Dağlıq Qarabağın Azərbaycanlı İcması bu məsələdən narahlıq keçirir. İcma olaraq biz azərbaycanlı girovların tezliklə Azərbaycana qaytarılmasında əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bundan əlavə, girovlarımızla bağlı məsələ ölkə rəhbərliyinin də nəzarətindədir. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək