Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılovla vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
///report.az///











































