"Neftçi"nin futbolçusu: "Qarabağ" bizdən qorxmalıdır"

"Neftçi"nin futbolçusu: "Qarabağ" bizdən qorxmalıdır"
İDMAN
19:43 25.10.2021
494
"Son oyunda qələbə qazanmaq vacib idi".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin futbolçusu Mertç Çelik "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi görüşün çətin keçdiyini bildirib: "Rəqib komandalar bizimlə görüşlərdə daha çox müdafiə olunurlar. Önəmlisi qələbə qazanmaqdır. Bunun üçün də xeyli çalışırıq".

Çelik lider "Qarabağ"a qarşı keçirəcəkləri IX tur matçı üçün də iddialı danışıb. O, rəqibdən qorxmadıqlarını bildirib: "Səfər oyununa hər zamankı kimi qələbə üçün gedəcəyik. Yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Bu çempionatın ən güclü komandası bizik. Məncə, digər komandalar bizdən qorxmalıdır".

Türk əsilli oyunçu "Qarabağ" da sizdən qorxmalıdırmı?" sualını belə cavablandırıb: "Bəli. Çempionatdakı bütün komandalar qorxmalıdırlar".

Yenidən çempion olmaq istədiyini deyən gənc müdafiəçi klubla müqaviləsini yeniləmək niyyətində olduğunu söyləyib: "Artıq müqavilə ilə bağlı şifahi danışığımız olub. Mən bunu məmnuniyyətlə qarşıladım. Lakin hələlik heç nə bəlli deyil".

Azərbaycan millisinin də formasını geyinmiş futbolçu yığmada az şans qazanmasından söz açıb: "Ən yaxın müddətdə millinin oyunlarında şans əldə edəcəyimə inanıram. Baş məşqçi Canni De Byazi mənə güvənib yığmaya çağırır. Mən də bunun qarşılığını vermək istəyirəm".

Çelik 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışları barədə də danışıb: "Şanssızlıqlar bizi yormamalıdır. Milli komandanı ən yaxşı yerlərə gətirmək üçün daha çox çalışmalıyıq".

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı