Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO

Nizami rayonundakı parkda qanunsuz tikilən restoran söküldü - FOTO - VİDEO
SOSİAL
12:12 11.07.2020
3068
Nizami rayonunda park ərazisində tikilən restoran sökülüb.

Məmmədəli Şərifli küçəsində "Bizim həyət” layihəsi çərçivəsində salınan parkda qanunsuz olaraq restoran tikilməsi narazılığa səbəb olmuşdu. Bu haqda demokrat.az saytı yazmışdı. 

AZXEBER.COM-un məlumatına görə, bu gün səhər saatlarında parkdakı restoran sökülüb. 

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkın əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.



OXŞAR XƏBƏRLƏR