Nuşirəvan Məhərrəmli: “Telekanallarda sosial problemli insanların üzərində şou yaratmaq halları var” - MÜSAHİBƏ

Nuşirəvan Məhərrəmli: “Telekanallarda sosial problemli insanların üzərində şou yaratmaq halları var” - MÜSAHİBƏ
MÜSAHİBƏ
15:00 15.11.2016
2657
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin APA-ya müsahibəsi.
 
- Nuşirəvan müəllim, bu gün Azərbaycan efir məkanındakı vəziyyəti necə xarakterizə edərdiniz? Efirdə neqativ hallar azalıb, ya artıb?
 
- Əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüf ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi çox narahat edir. Hesab edirəm ki, qarşımızdakı illərdə bu sahədə müəyyən dəyişikliklər ediləcək. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır.

Azərbaycanda özəl televiziya kanalları kommersiya maraqlarını əsas götürür. Reklam bazarındakı vəziyyətə baxdıqda vəziyyətin o qədər ürəkaçan olmadığını görürük. Qonşu Türkiyə və Rusiyanın televiziya kanalları kabel şəbəkəsi yayımçıları vasitəsilə Azərbaycanda sərbəst şəkildə yayımlanır. Belə olan halda Azərbaycan televiziya kanalları çox ciddi rəqabət mühitindədir. Avropa, Rusiya, Türkiyənin reklam bazarında mövcud vəziyyətlə Azərbaycanın reklam bazarındakı vəziyyət tamamilə fərqlidir. Türkiyə və Rusiya efirində reklamın bir dəqiqəsi 50 min ABŞ dollarından yuxarıdır. Ancaq bizdə bu rəqəm 1000-2000 manat arasında dəyişir. Reklam bazarında bu qədər böyük fərq özünü verilişin keyfiyyətində göstərir. Bu haqda ciddi düşünmək lazımdır.

Azərbaycanın reklam bazarındakı vəziyyət bizi çox narahat edir. Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır. Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atır. Özəl televiziya kanallarının şou xarakterli verilişlərində keyfiyyət aşağıdır. Yaxşı olar insanlar, xüsusən də jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi Şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər. Biz bu məsələləri yayımçılarla birgə həll etməyə çox çalışırıq. Bilirsiniz zövqlərin hamısını təmin etmək çox çətindir. Milli Televiziya və Radio Şurası öz fəaliyyətini səlahiyyətləri çərçivəsində həyata keçirir. Bizim hüquqlarımız çərçivəsində nə mümkündürsə, biz onu edəcəyik ki, efirimizdən utanmayaq. Amma bu, çox çətindir.
 
Bizim yayımçılarla ciddi münaqişələrimiz yoxdur. Hər hansı problem varsa, kanal rəhbəri ilə danışıb, dərhal həll edirik. Son zamanlar efirdə ciddi bir problem olmayıb ki, ona qarşı tədbir görülməsin. Özəl kanallardakı şou xarakterli verilişlərin səviyyəsi çox aşağıdır. Amma qanun bəzən onlara bu ixtiyarı verir. Həm kadr potensialında olan problemlər, həm də iqtisadi məsələlər bunların həllinə müəyyən çətinliklər yaradır. Çalışmalıyıq ki, televiziya və radio verilişlərinin keyfiyyətini artıraq. Milli Televiziya və Radio Şurası tənzimləyici qurumdur və özəl televiziya kanallarının fəaliyyətinə müdaxilə etmir. Amma "Televiziya və radio yayımı haqqında” qanunun tələbləri pozulduqda Şura sözünü deyir. Bizim əsas vəzifələrimizdən biri həm də ictimaiyyətin maraqlarını qorumaqdır. Bir tərəfdən ictimaiyyətin, digər tərəfdən isə teleradio yayımçılarının marağını qorumaq (gülür). Şura burada balanslaşdırılmış siyasət aparır. Hamı telekanalları günahlandırır, lakin onlar çox ciddi rəqabət mühitində fəaliyyət göstərir. Bu baxımdan işi dərindən bilməyənlər bizi günahlandırır. Hamı Şuranı ciddi cəza verən orqan kimi görür.
 
- Şuranın "qara siyahı”sındakı verilişlərin sayında artım var? Həmin verilişlərin adlarını açıqlaya bilərsiniz?
 
- İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlər var. Biz onları daim diqqətdə saxlayırıq. Bəzən hətta bizim tövsiyələrimizlə kanal rəhbərləri bu tip verilişlərə qarşı tədbirlər görür. Biz bu məsələlərin qarşılıqlı anlaşma yolu ilə həll olunmasını istəyirik. Bu işdə əsas rol televiziya kanallarının üzərinə düşür. "Qara siyahı”dakı verilişlərin sayı nisbətən azalıb.
 
Şou xarakterli verilişlərin efir-səhnə mədəniyyətində müəyyən problemlər qalsa da, müəyyən irəliləyişlər var. İctimai fikirdə isə belə rəy formalaşdırılıb ki, bizim efirdə olan hər şey pisdir. Bu, doğru yanaşma deyil. Azərbaycan televiziyasında, "Mədəniyyət” telekanalında Azərbaycan xalqının milli-mənəvi dəyərləri, efir-səhnə mədəniyyəti, ədəbi dil qaydaları qorunur. Özəl televiziya kanallarında isə ciddi problemlər var və bu problemlər həll olunmalıdır.

- Yeni telekanalın açılması ilə bağlı müsabiqə elanı nəzərdə tutulur?
 
- Azərbaycan kimi ölkə üçün ümumrespublika yayımçılarının sayı həddən artıq çoxdur. Bunu indiki reklam bazarına, auditoriyaya baxıb deyirəm. Qonşu Türkiyədə 24, Gürcüstanda isə 4-5 ümumrespublika yayımçısı var. Azərbaycanda isə ümumrespublika yayımçılarının sayı 10-dur. Bu, böyük rəqəmdir. Hələlik yeni telekanalın açılması haqda düşünmürük.
 
- Azərbaycan prezidenti İlham Əliyevin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, Milli Televiziya və Radio Şurasının teleradio fəaliyyəti sahəsində səlahiyyəti ləğv edilib. Fərman bu ilin iyunun 1-dən qüvvəyə minib. Bu sahədə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək. Şuranın burada nəzarətedici funksiyası saxlanılacaq? Ümumiyyətlə, lisenziya verilməsi prosesi necə tənzimlənəcək?
 
- Bu yaxınlarda Azərbaycanda teleradio yayımı fəaliyyətinin dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü sayılması ilə bağlı Milli Məclisdə qanun qəbul edilib. "Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik təklifi irəli sürülüb. Artıq bu qanunun qəbulu ilə teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyi sahələrə aid edilib. Teleradio yayımı müsabiqəsiz həyata keçirilərsə, bu sahəni necə tənzimləmək olar? Yayımçılar üçün həddən ağır şərtlər var. Teleradio yayımçısı ölkə vətəndaşı olmalı, məhkumluğu olmamalıdır. Partiyalar, dini birliklər yayımla məşğul ola bilməz. Təsisçilər haqda yuxarıdakı məlumatları kim müəyyənləşdirəcəkdi? Təbii ki, Milli Televiziya və Radio Şurası.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
14:18 04.07.2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
14:05 04.07.2025
Pezeşkian: ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
14:00 04.07.2025
İlham Əliyev: Ermənistan işğal dövründə Azərbaycana 150 milyard dollar ziyan vurub"
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
13:56 04.07.2025
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin İƏT-in 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib
“Ermənistan və havadarları nəticədə peşman olublar”
13:52 04.07.2025
“Ermənistan və havadarları nəticədə peşman olublar”