“Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir” - Ekspert

“Paşinyanın yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir” - Ekspert
SİYASƏT
22:02 11.06.2026
319
"Paşinyan yeni siyasi kursu müxalifət üçün dialoqdan aqressiyaya keçiddir”

Bu sözləri Siyasi şərhçi Aydın Tağıyev AZXEBER.COM-açıqlamasında deyib.

 

O bildirib ki, Paşinyanın son çıxışı  Ermənistanın daxili siyasi mühitində yeni bir mərhələnin başlanğıcını göstərir:

"Nikol Paşinyanın son çıxışı və seçkilərin ilkin nəticələri fonunda verdiyi sərt bəyanatlar Ermənistanın daxili siyasi mühitində yeni bir mərhələnin başlanğıcını göstərir. Əvvəlki seçkilərdə "milli həmrəylik” ritorikasına üstünlük verən Paşinyan bu dəfə açıq şəkildə qisas və repressiya siyasətinə yönəldiyini nümayiş etdirir. Seçkilərdən sonra Paşiniyanın Ritorikası dəyişdi. Məsələn, 2021-ci il seçkiləri Paşinyan rəqiblərinə dialoq təklif etmiş, "birlik” mesajı vermişdi. İndiki seçkilərdə isə, o, müxalifəti "üçbaşlı müharibə partiyası” adlandıraraq, onların tam məhv edilməsini hədəf kimi göstərir. Fikrimcə bu, siyasi mübarizənin konstruktiv dialoqdan çıxaraq tamamilə aqressiv müstəviyə keçdiyini göstərir. 

Paşinyan müxalifəti "cinayətkar oliqarxik sistem” adlandıraraq, onların qanunsuz əmlaklarının müsadirəsini gündəmə gətirir. Müxalifətə qarşı təhdidlər qızışır,  hesab edirəm müxalifət liderlərinin həbsi və əmlaklarının müsadirəsi əmri ölkədə siyasi gərginliyi artıracaq”.

O vurğulayıb ki, seçkilərdən sonra hadisələrin bu çərçivədə siyasi nəticələr verməsi gözlənilən idi:

"Seçkilərdən sonra hadisələrin bu çərçivədə siyasi nəticələr verməsi gözlənilən idi. Artıq Ermənistanın daxili siyasətində qisas mərhələsi başlayır. Bu, müxalifətin tamamilə sıradan çıxarılması və siyasi meydanın Paşinyanın partiyası üçün monopoliyaya çevrilməsi deməkdir. Hesab edirəm bu siyasət ölkədə ictimai gərginliyi artıracaq, çünki müxalifət bloklarının sosial dayaqları tamamilə yox olmayıb.

Digər tərəfdən baxanda görünən odur ki, Qərb üçün Paşinyanın bu ritorikası avtoritar meyllərin güclənməsi kimi görünə bilər. Rusiya isə müxalifət üzərindən alternativ təsir imkanlarını itirmək riski ilə üz-üzə qala bilər. Fikrimcə, Paşinyanın sərt ritorikası Ermənistanı daxili siyasi repressiya dövrünə aparır. Bu, həm ölkənin demokratik imicinə zərbə vuracaq, həm də Cənubi Qafqazda yeni gərginlik ocağı yarada bilər. Müxalifət liderlərinin həbsi və əmlak müsadirəsi yalnız daxili siyasi mübarizə deyil, həm də regional güclərin maraqlarına toxunan bir proses olacaq”.
OXŞAR XƏBƏRLƏR