“Penalti başqa necə olur?”

“Penalti başqa necə olur?”
İDMAN
23:00 22.04.2026
700
"Mənim fikir bildirməyim fərqli alınar, amma yaxından da, uzaqdan da görünür ki, əl dəydi".

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sabah"a 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis mübahisəli penalti epizodunu belə şərh edib:

"Əl ilə oyun idi açıq-aydın. Yəqin ki, açıqlama verəcəklər. Son saniyədə belə olması mübahisəli epizodlara gətirib çıxarır. Penalti başqa necə olur?"
OXŞAR XƏBƏRLƏR