Peru mətbuatı: Dünyada ilk xalça muzeyinin əsası Bakıda qoyulub

Peru mətbuatı: Dünyada ilk xalça muzeyinin əsası Bakıda qoyulub
DÜNYA
08:54 11.10.2021
476
Perunun rəsmi dövlət qəzeti "El Peruano”da azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu "Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə həmin muzeyin 10 mindən çox xalçanın sərgiləndiyi bu günkü Azərbaycan Milli Xalça Muzeyi olaraq fəaliyyətini davam etdirdiyi bildirilir.

Qeyd olunur ki, xalçaçılıq ənənəsi türk xalqlarına məxsus qədim sənətkarlıq növüdür və fars xalçaları kimi tanınan əsərlərin də müəllifləri məhz türk xalqları olub.

Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim olunmuş xalçaların sərgiləndiyi qeyd olunur.

Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
12:35 03.07.2026
“Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir” - Partiya sədri
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
12:33 03.07.2026
104 azərbaycanlı Macarıstanda təhsil almaq hüququ qazandı
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
12:20 03.07.2026
Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - Video
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
12:09 03.07.2026
“Arzum məhkəmənin qərarından narazıdır, apellyasiya şikayəti verəcəyik” - Vəkili danışdı
Pezeşkian Paşinyanla görüşdü
12:06 03.07.2026
Pezeşkian Paşinyanla görüşdü
Eldar Əzizov yeni rəis təyin etdi
12:05 03.07.2026
Eldar Əzizov yeni rəis təyin etdi
Hərbçimiz futbol oynayan zaman öldü
12:04 03.07.2026
Hərbçimiz futbol oynayan zaman öldü