Polşalı mütəxəssis: "Mahir Emreli qol epizodlarını boşa verdiyi üçün şanslıyıq"

İDMAN
12:17 25.10.2021
205
"Yaxşı oyun alındı. Bu matçı izləmək xoş idi. Görüşdə çoxlu həyacan və qollar oldu. Qalib gəldiyimiz üçün şadıq".
 
Bu fikirləri "Pyast"ın baş məşqçisi Valdemar Fornalik "Legiya"nı 4:1 hesabı məğlub etdikləri Polşa Ekstraklasasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis Varşava təmsilçisinin heyətində çıxış edən Mahir Emrelinin görüşün əvvəlində qol şanslarından yararlana bilmədiyini söyləyib və bunun üçün şanslı olduqlarını etiraf edib.

Qeyd edək ki, Emreli görüş ərzində topu 3 dəfə dirəyə vurub. 24 yaşlı hücumçu 4-cü dəqiqədə ardıcıl iki dəfə qapıya zərbə endirib, lakin uğursuzluqla üzləşib. Emreli 71-ci dəqiqədə də eyni aqibəti yaşayıb.
 
///Report
 

OXŞAR XƏBƏRLƏR