Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdən SƏRƏNCAM

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdən SƏRƏNCAM
SİYASƏT
12:18 07.01.2020
4618
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"
11:38 13.10.2026
"Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz buna baxa bilərik"