Prezident “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi - FOTOLAR

Prezident “China Datang Corporation Ltd.”nin nümayəndə heyətini qəbul etdi - FOTOLAR
SİYASƏT
13:59 12.11.2025
134
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin "China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı "China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.

Dövlət başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğulayıb.

Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını deyib. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə "China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər