"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu
İDMAN
17:41 01.07.2026
261
"Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.

AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. "Köhlən atlar"ın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.

Qeyd edək ki, "Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Avstriyanın "Tirol” komandasını 4:0 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR